Mübarizə davam edir və edəcək, yenə də Azərbaycan və yenə də İranın rasist və şovonist dövləti üz üzə gəlmiş durumda, yenə də tarix boyu baş uca yaşayan Azərbaycan türk milləti ağır sınav və imtahan qarşısındadır.
İran adlı ölkəyə hakim olan siyasi düşüncə və sistem rasizm irqçılıq və şovonizm üzərində qurulubdur, buna sübut olaraq son 80 ildə Güney Azərbaycan Türk millətinə və İranın başqa qeyri Fars bölgələrində yaşayan millətlərə uyqulanan zülm , ayrı seçkilik, aşağılama, təhqir və ümumi olaraq ikinci dərəcəli vətəndaş baxışını göstərmək olar.
Bu geri qalmış və orta əsirlərdə seyr edən Fars dövlətləri və özəlliklə də İslam cümhuriyyəti əməlləri və düşüncələri ilə dəfələrlə özlərini ifşa edib və edir. Azərbaycan Türklərinin milli haqlarını tapdalayan , onları ikinci və üçüncü dərəcəli vətəndaş sayan molla rejimi bunlarla yetinməyib üstəlik olaraq bu kəz Azərbaycan Türklərinin yaşadığı bölgə olan Güney Azərbaycanı hədəf alıbdır. Güney Azərbaycanın parlayan göz bəbəyi Urmu dənizini qurutmağa çalışan Fars rasist rejimi bununla öz gərçək amal və hədəfini ortaya qoymuşdur.
İranın milli adlanan məclisindəki tarixi qərar sadəcə və sadəcə bir uzun faciəvi və dramatik prosesin son pərdələrindən biridir. Bu qərar İranın Azərbaycan Türklərinə qarşı işlədiyi ən ağır və ən əfv edilməz süçlarından biri kimi sayıla bilər.
Güney Azərbaycanda YANMIŞ TORPAQ siyasətini yeridən molla rejimi Urmu gölünü qurutmaqla öz xəyalınca gələcəkdə qurula bilən Azərbaycan bağımsız dövlətinə indidən problem yaratmaq istəyir, istəyir ki Güney Azərbaycan doğasını və təbiətini aradan apararaq gələcək nəsillərimizə yaşana bilməz bir torpaq hədiyyə edə, istəyir ki Güney Azərbaycan Türklərini öz yer və yurdlarından sürgünə göndərə, sürgün isə Stalin və keçmiş Sovet siyasətlərini xatırladır.
İndi isə sona yaxınlaşırıq , bu son savaş ola bilər, 80 illik mübarizənin sonlarıdır, Azərbaycan Türk millətinin gələcəyi və taleyi elə məhz bu günlərdə yazılacaqdır, ya azad olub yada tamam yanacaq, ya dənizini , kültürünü, özünü qoruyacaq ya da tamam yanıb və bitəcək.
Seçim bizimdir, gələcəyi və taleyimizi yazan bizik, birliyimiz diriliyimiz olacaqdır.
Azərbaycan Federasionu İsveç-AFİ Güney Azərbaycanda Urmu gölünün qurudulmasına etiraz mitinqlərini dəstəkləyir və İran rasist rejiminin son tutumunu qınayır, habelə gələn günlərdə bu həyati və önəmli mövzu ilə əlaqəli İsveçin çeşidli şəhərlərində o cümlədən Stockholm şəhərində etiraz mitinqinin olacağını bəyan edir.
Azərbaycan Federasionu İsveç-AFİ
25.08.2011
Stockholm


