Bugünlərdə İran İslam ordusunun baş qərargah Komandanı, general Həsən Firuzabadi Azərbaycan dövlətini verdiyi bəyənatda hədələmişdir. İran dövləti Güney Azərbaycanda 35 milyon azərbaycanlının gözünün qarşısında özünə cürət verib rəsmi olaraq bizim müstəqil ölkəmiz olan Quzey Azərbaycan dövlətçiliyinə bir başa hücum etmişdir. Azərbaycan cümhuriyyətinin adını Aran, millətimizin qanını türk yox iranlı qanı bilən bu generallar təkcə 9 milyon Quzey Azərbaycan türkünə yox 50 miljon Azərbaycan türkünə cavab verməlidirlər.
Bölgədə hər vaxt sülh və barış istəyən biz türklərə qarşı, İran rəsmiləri və din xadimləri tərəfindən dəfələrcə belə səviyyəsiz və uluslar arası ilişgilərə zidd olan hərəkətlərdən çox olmuşdur. Azərbaycan cümhuriyyətinin bağımsızlığı elan olan ilk gündən bəri bu həqiqət və tarixi zəfərlə barışamayan və üstəlik düşmançılıq edən İran heç vaxt bir güclü demokratik Azərbaycanın oluşmasını istəməmişdir.
İranın müstəqil Azərbaycana qarşı düşmançılığından bəzi göstəricilər belədir:
1- Qarabağın işqalında bir başa ermənilərə yardım etməsi,
2- Quzey Azərbaycana din adı altında agentlərin (casusların) göndərilməsi,
3- Özü dünyada ən qeyri-demokratik ölkə olduğuna baxmayaraq Azərbaycana demokratiya dərsi verməsi,
4- Azərbaycanın iç işlərinə elini uzatması,
5- Narkotik maddələrini bilə-bilə Azərbaycana axıtması,
6- Quzey Azərbaycana özünün iflasa uğramış dinçi siyasətini ixrac etmək üçün SƏHƏR televiziyası aracılığı ilə dəridən dırnaqdan çıxaraq çalışmasını saymaq olar.
İranda hakimiyyət edən dini faşizm və Fars şovinizmi , öz əsarətində saxlamış olan 35 milyon azərbaycanlının səsini daha çox boğmaq üçün bu və ya başqa vasitələr ilə Azərbaycan Respublikasına göz dağı vermək istəyirlər.
Şübhə yoxdur ki Azərbaycanda demokratikləşmə prosesini bizim millət öz müxalifəti ilə və öz iqtidarı ilə həll etməyi bacaracaqdır.
Güney Azərbaycanda 35 milyonun haqqını tapdalayıb, qadın haqlarını, uşaq haqlarını kobudcasına tapdalayan İran molla rejimi Azərbaycana demokrasi və din dərsi verməyə haqqı yoxdur.
Azərbaycan Federasiyası İsveç, AFİ, İran İsalm Respublikasının generalı Həsən Firuzabadiyə və Firuzabadi düşüncəsində olan başqa general və sorumlulardan Quzey Azərbaycanımızın iç işlərinə qatılmaqdan əl çəkmələrini tələb edir, İranda milli haqları yolunda mübarizə edən azərbaycanlı fəalların həmən azad edilməsini, 35 milyonun milli – mədəni haqlarının təmin edilməsini istəyir.
Bu gün Güney Azərbaycanda Urmu gölünün quruması bölgəyə fəlaktə gətirməkdədir. Öz idealarına görə damarlarında duru fars qanı olan bu generalarla İran dövlət başçıları, və adlarını millət nümayəndələri qoyanlar haradadırlar? Bu fəlakətin qabağını nədən almırlar? Bunlara bilə - bilə Güney Azərbaycanı yoxsullaşdıraraq, hər zaman fars bölgələrindən asılı olmağını istəyirlər.
Biz bir daha İran dövlət başçılarını, işğalçı Ermənistana göstərdikləri maddi və mənəvi köməyi dayandırmağa, 35 milyon Azərbaycan türkünün milli hüquq və azadlıqlarını təmin etməyə çağırıq.
Azərbaycan Federasiyası İsveç -AFİ
İdarə Heyəti
Avqust 2011 Stokholm


