FacebookMySpaceTwitterDiggDeliciousStumbleuponGoogle BookmarksRedditNewsvineTechnoratiLinkedinMixxRSS Feed

Azərbaycan Federasionu İsveç –AFİ 3.cü Dünya Azərbaycanlıları Qurultayında nümayəndə heyəti ilə iştirak etdi

2011 07_05-AFI20numayende20heyeti203_cu20DAQ-02Quzey Azərbaycanın başkəndi Bakı şəhərində 4 İyul 2011 tarixində Dünya Azərbaycanlıları Qurultayının 3.cü toplantısı Azərbaycan himninin səsləndirilməsi ilə işə başlayıb və ardından ilk çıxışçı olaraq Azərbaycan Prezidenti Cənab İlham Əliyev tribuna çıxmışdır.

Prezident öz çıxışında bir çox məsələni irəli sürüb, biz Güney Azərbaycanlıları  maraqlandıran bir neçə önəmli məsələni vurğuladı:

•             Azərbaycan 50 milyon azərbaycanlının vətənidir;

•             Xarici ölkələrin paytaxtında şəhərin yaxşı mərkəzi yerində binalar alıb Azərbaycan evi, Azərbaycan ticarət mərkəzi kimi istifadə etmək;

•             Xaricdə yaşayan Diaspora iş adamlarının əli ilə Azərbaycan mallarını xaricə aparmaq və oralardakı iş adamları əli ilə mallarını Azərbaycana gətirmək;

•             Xaricdə Azərbaycan Səfirlikləri ilə Diaspora təşkilatlarının işbirliyinin önəmi, bəzi ölkələrdə diaspora və səfirlik arasında olan çatışmazlıqların aradan götürülməsi;

•             Xaricdə diaspora təşkilatları arasında olan anlaşmazlıqların aradan götürülməsi;

•             Dünyada yaşayan Azərbaycanlıların birləşməsinin önəmini vurğulayaraq gücün birlikdə olmasından söz edilməsi;

•             Biz Azərbaycan dövləti və Diaspora olaraq indiyə kimi müdafiə taktikasını irəli sürürdük, bundan sonra artıq hücum taktikası ilə irəliləyəcəyik; deyərək danışdı.

"Biz fəxr edirik ki, biz azərbaycanlıyıq" sözləri ilə prezidentin çıxışı bitib və beləliklə günün ilk yarısı başa çatmışdır.

Günün ikinci yarısında 10 nəfərə yaxın çıxış etmişlərdir.

Qurultay qətnamələrinin başlıqları:

o             "DÜNYA AZƏRBAYCANLILARININ III QURULTAYININ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ"

o             "DÜNYA AZƏRBAYCANLILARININ III QURULTAYININ DÜNYA AZƏRBAYCANLILARINA MÜRACİƏTİ"

o             "DÜNYA AZƏRBAYCANLILARININ III QURULTAYININ ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ ƏLAQƏDAR DÜNYA İCTİMAİYYƏTİNƏ, BEYNƏLXALQ TƏŞKİLATLARA, XARİCİ ÖLKƏLƏRİN PARLAMENTLƏRİNƏ, DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARINA MÜRACİƏTİ"

Qurultayın proqram və sənəd layihələrində Katiblikdə Ayda Əmir Haşimi və 108 nəfərlik Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının tərkibində Səttar Sevigin AFİ-nin sədri kimi və Ayda Əmir Haşimi AFİ İH-nin üzvü və Qarabağ dərnəyinin sədr müavini kimin İsveçdən seçilmişdir.

Qurultaya hesabat adlı 295 səhifəlik kitabda AFİ-nin XI və XII Qurultayından şəkil və raport verilmişdir. Bu kitabda və Ölkəm adlı başqa bir kitabda İsveç parlamentində Parlament yardımçısına Xocalı Soyqırımı kitabını verilən şəkil çap edilmişdir.

Qurultayın ikinci günü 5 nazirlə ümumi sual cavab görüşü keçirilmişdir.

Bu görüşdən sonra saat 14.30-dan saat 17.30-a kimi AFİ sədri Səttar Sevigin və onunla bərabər Mətin bəy medal vermə mərasiminə qatılmışdırlar. Bu mərasimdə AFİ sədri Səttar Sevigin Azərbaycan Tərrəqi və Ləyaqət dövlət nişanına layiq görülmüşdür.

AFİ nümayəndə heyəti 4 nəzirdən ayrıca görüş zamanı istəmişdir, yanlız biri ilə həmən gün axşam saat 18.30-da görüşə bilmişdir. İqtisadi inkişaf nazirliyin 7 əməkdaşı ilə 3 saatlıq bir görüş keçirilmişdir. Bu görüşdə AFİ nümayəndə heyəti ilə yanaşı 12 nəfər başqa diaspora nümayəndələri də qatılmışdırlar.

Bu görüşdə AFİ nümayəndə heyətinin qaldırdığı məsələlərdən biri Azərbaycan Evinin xaricdə (İsveçdə) alınması, İsveçə bir başa uçaq xətinin açılması və İsveçdə biznes toplantılarının keçirilməsi olmuşdur.

İyul ayının 9-da AFİ nümayəndə heyətinin tərəfindən Səttar Sevigin, Nasir Məhəmmədi və Ayda Əmirhaşimi birlikdə Mətbuat Mərkəzində bir konfrans keçirmişdir.

Bu konfransda AFİ-nin yaranma tarixçəsindən, gördüyü və planlaşdırdığı işlərdən raport verilmişdir. AFİ fəaliyyətləri haqda hazırlanan 8 dəqiqəlik video klip nümayiş edilmişdir.

Dünya Azərbaycanlıları Qurultayı zamanı AFİ sədri Səttar Sevigin Azərbaycan Cümhuriyyəti KİV və TV-ləri ilə bir neçə söyləşi və müsahibə vermişdir. Bu söyləşilər və müsahibələr doğrultusunda AFİ sədri İctimai TV binasında yerləşən İctimai Radio verilişində 20 dəqiqəlik bir verilişə qatılmışdır. 

AFİ nümayəndə heyəti son olaraq İyul ayının 11-də Umeåda yaşayan Araz Dərnəyi başqanı Mehdi bəy ilə Azərbaycan Demokrat Firqəsinin sədri Əmirəli Lahrudi ilə bir saatlıq görüş keçirərək ADF durumu haqda fikir mübadiləsi aparmışdır.

Bununla da 04-07.07.2011 tarixləri arasında Bakıda düzənlənən Dünya Azərbaycanlıları Qurultayında AFİ nümayəndə heyətinin proqramları və iş layihələri başa çatmışdır.   

Azərbaycan Federasionu İsveç-AFİ

Təbliğat və Yazıçılıq bürosu

Bakı-Azərbaycan 08.07.2011

 

Şərh yazın

SmileCoolCrying or Very SadEmbarrassedA Smoker/Foot in mouthSadUser is an angel (at heart, at least)A Kiss/Lips Are SealedLaughingBiting one's tongue/Put Your Money Where Your Mouth IsBeen Smacked In The Mouth/Wears A Brace/My lips are sealeSurprisedSticking Out TongueConfusedWinkYelling
Ad:
Mövzu:
Şərhlər:
flag-azerbaijan flag-turkiye  flag-sweden flag-britain



   Sefirlik-logo

    forum-logo

   Isvec-Postasi

Free business joomla templates