Fransanın prezidenti Sarkozi və onun höküməti ermənilərin 1915-ci ildə kütləvi şəkildə məhv edilməsinin genocid olmasını rədd etməyi qanunsuz elan etmək üçün qanuni təklif irəli sürmüşdür.
Bu təklifin Türkiyədə, eləcə də Fransada yaşayan türklərin və mənşəli xalqlarin etirazına və bir sıra ciddi etirazlarına səbəb olması, əlbətte gözlənilməz deildir .
Belə ki,Türkiyə Parisdəki səfirini geri çağırdı və Fransa ilə hərbi əməkdaşlığıni kəsdiyini elan etdi.
Fikirləşəndə ki, hər iki ölkə NATO-nun üzvüdür, deyə bilərik ki, Fransanın təklifi mənfi nəticələrə gətirib çıxara bilər. Bütövlükdə baxanda çox qəribədir ki, təklifin müzakirəsinə çox az sayda qeyri- türk mənşəli fransalı cəlb edilmişdir. Bu söz azadlığının kəskin pozulması deməkdir və özü - özlüyündə hər kəsə mənfi təsir göstərir.
Türklərin qəzəbi cox mümkündür ki simpatiya dogurmur və o qədər də Fransada söz azadlığının pozulması faktına əsaslanmır. Ola bilsin ki,bu onların öz ata-babalarının genocid törəddikləri ehtimalını qəbul etməyi qətiyyən istəməmələrindən irəli gəlir. Lakin bu o demək deyildir ki, bizim agzimizda “aci tam“ verməsin.
Hələ on il bundan öncə Fransa parlamenti səsvərmə nəticəsində məsələnin məhz genocid olduğunu qəbul etdi. Eyni şey keçən yaz Isveçdə hökumətə qarşı çıxaraq muxalifət tərəfindən də qəbul olundu. Bu məsələ hələ o nöqteyi-nəzerden siyasət heddini aşmişdir.
”Dövlət cəmiyyətdə hansı rolu oynamalıdır və bu rol nə dərəcədə olmalıdır? ” sualını, əlbəttə müzakirə etmək olar, amma elə amillər də var ki, onlara mütləq və absolut çoxluq xidmət etməyə həmişə hazırdır. Dövlətin və bu yöndə siyasətin rolu savada-bilgiyə zidd olmamalıdır. Amma dünyaya və tarixə nəzər salsaq, dövlət öz üzərinə bilginin hansı məqbul bilgi və ya qəbul oluna bilməyəcək savad-bilgi oldugunu götürdüyü zaman bilirik ki, nələr olur.
”1915 ci ildə baş verənlər genocid olub olmamağını ” bir siyasət məsələsi olmamalıdır. Bu bir mənada tarix məsələsi, digər mənada isə hüquq-ədliyyə məsələsi olmalıdır. Bu məsələlər özləri ücün seçici qrupunu genişləndirməklə məşgul olan siyasətçilər tərəfindən deyil, tarixçilər və hüquqşünaslar (elmi metodlarla dünyanı daha yaxshı anlamaq üçün axtarışlar aparan elm adamları) tərəfindən həll olunmalıdır. O zaman ki siyasətçilər bu sərhədi keçir, həddi aşır və dövlətin gücündən öz məqsədləri üçün istifadə edirlər, onlar açıq cəmiyyətə zərbə vurur, bilgi, savadlanma və həqiqətə çatmaq cəhdlərini bir addım geri atırlar.
Növbəti məntiqi addım hal-hazırda Sarkozinin atdıgı addımdır kı, başqa yorumları, yozmaları qadağan et, onları qeyri-qanuni elan et, dissidentlərin əl-qolunu bağla.
O ölkə ki, orada bir elm adamı, yalnız öz qənaətlərini irəli sürməklə cinayət edir, qanunu pozur, o ölkədə heç bir demokratiya yoxdur. Lakin bu gerçəkdənmi belə gorxuludur? Buna baxmayarağ, heç bizdə də tam söz azadlıgı yoxdur. Bu dogrudur. Məhdudiyyət edilmişdir. Lakin kiməsə böhtan atmağa və ya başqa xalqlara garşı təhqir etmeyə heç kimin ixtiyarı, icazəsi yoxdur.
Cəmiyyəti bir yerə yığan qüvvə kimi dövlətin rolu burada fərqlidir. Dövlətin başlıca funksiyası ondan ibarətdir ki, biz bir yerdə yaşaya bilək. Kiminsə özünə əsassız olaraq bashqasının üzərində haqq verməsi gətirib ora çıxarmışdır ki, mövcüd olan cəmiyyəti qurmuşuq. Bu sıradan misal olaraq, dövlətin funksiyası həm də insanlara başqa insanlara qarşı zülm və bəşəriyyətin nifrətinə məruz qalmağlarına mane olmaqdan ibarətdir.
Söz azadlıgı cəmiyyətimizin legitimliyi ücün bir zəmindir. O, təmin edir ki hər halda dövlət daha cox bizim üçündür, nəinki biz dövlət üçün.
O zaman ki, söz azadlıgı insanları hücumdan qorumaq üçün deyil, siyasi uyqun və dogru olmaq üçün istifadə olunur, bu o deməkdir ki, o cəmiyyətdə siyasətçilər dövlətdən sui- istifadə edirlər.
Elm cəmiyyətə və onun vətəndaşlarına xeyir verir, siyasət isə bunu etmir.


