§1 FEDERASİYONUN ADI
Yaranmış olan birliyimizin adı AZƏRBAYCAN FEDERASİYONU İSVEÇ (AFİ) olaraq seçilmişdir.
§2 FEDERASİYONUN TƏRİFİ
AFİ İsveçdə yaşayan azərbaycanlıların həmrəyliyi, milli mənəvi birliyinin möhkəmlənməsi uğrunda çalışan ictimai təşkilatdır.
AFİ Siyasi, ideoloji və dini bağlılığı olmayan, açıqlıq prinsipləri və İsveç qanunları çərçivəsində çalışan demokratik bir quruluşdur.
§3 (AFİ)-NİN AMACLARI
1. Azərbaycan və onunla ilgili sorunları İsveç toplumu və quruluşlarına tanıtdırmalıdır.
2. Azərbaycan sorunları ilə ilgili, düşünsəl və bilgisəl yöndə çalışmalıdır. 3. Güney Azərbaycanda millətimizin demokratıya, insan haqları və öz qədərini təyin etmə yolunda mücadiləsi ilə dayanışmada olmalıdır.
4. Quzey Azərbaycanda (Azərbaycan Respublikasında) ölkə bütövlüyü, bağımsızlığı, yurddaşlıq haqları, hüquq üstünlüyü və qanun hakimiyyəti yönündə gəlişmələri dəstəkləməlidir.
5. Federasiyon İsveçdə yaşayan azərbaycanlıların, bu topluma inteqrasiyasında çalışmalıdır.
6. İsveçdə fəaliyyət göstərən Azərbaycan dərnəkləri, və fəal şəxslər arasında işbirliyinin gəlişməsi və davamına yardım etməlidir.
7. Federasiyon Azərbaycanın qadınların siyasi, ictimai gəlişməsinə önəm verməlidir.
8. İrqçılığa qarşı demokratik qurallar (qanunlar) çərçivəsində mücadilə etməlidir.
9. Mədəni, kütləvi tədbirlər üçün gərəkən materialların əldə edilməsinə çalışmalıdır.
10. Azərbaycan dili, İsveçdə, rəsmi ana dili kimi tanıtdırıb məktəblərdə uşaqlara öyrədilməsini istəməlidir.
11. İsveç mediasından Azərbaycan dilində proqramların yayılmasını istəməlidir.
12. Federasiyonun rəsmi dili Azərbaycan dilidir. Sənədləri Azərbaycan dilində və isvdçcə olmalıdır. Təbliğat isə, hər dildə ola bilər.
FEDERASİYONUN TƏŞKİLATİ, İDARİ İŞ SİSTEMİ VƏ PRİNSİPLƏRİ
§4 ÜZVLÜK ŞƏRTLƏRİ
1. Federasiyonun əsasnaməsini qəbul etmək.
2. Qurultay tərəfindən müəyyən olan üzvlük haqqını ödəmək.
3. Federasiyona kollektivlər (dərnəklər, müstəqil iş orqanları) və tək şəxslər üzv olabilər. Qurultayda səs vermək üçün 3 ay öncədən üzv olmaq gərəklidir.
4. Tək üzvlərdən üzvlük anketinin doldurulması, kollektivlərdən isə, bundan başqa nizamnamənin üzü, qeydiyyat vərəqəsinin üzü və üzvlüyə aid iclas protokolu istəlinir.
§5 ÜZV DƏRNƏKLƏR
1. Üzv dərnəklər İsveç qanunları üzrə, İsveç vergi qurumlarında yazdırılaraq, rəsmiləşdirilməlidirlər.
2. Üzv dərnəklərin 16 yaşdan yuxarı ən azı 5 üzvü olmalıdır.
3. Üzvlərin sayına görə üzvlük haqqı ödənməlidir.
§6 ÜZV HAQLARI
ÜZVLƏR:
1. Federasiyonun seçkilərində iştirak edib, seçib və seçilə bilərlər.
2. Federasiyonun bütün işləri və proqramları haqqında söz haqqına malikdirlər.
§7 FEDERASİYONUN ORQANLARI
1- Qurultay
2- Baş komitə (BK)
3- Təftiş Heyəti (TH)
4- Seçim qurumu (SQ)
§8 QURULTAY
1. Qurultay Federasiyonun, ildə bir yol keçirilməsi gərəkli olan, yüksək qərar alan orqanıdır.
2. Qurultay dərnək və tək şəxslərin nümayəndələri, baş komitə və təftiş heyətindən düzələr.
3. İllik qurultay, nümayəndələrin 3–də 2–sinin qatılması ilə rəsmi olaraq işə başlar.
4. İllik qurultaya çağırış 2 ay qurultaydan öncə üzv dərnəklərə göndərilməlidir.
5. Dərnəklər aşağıdakı sayılar üzrə qurultaya nümayəndə göndərməlidirlər:
a) 3-5 üzvü olan iş orqanları və dərnəklər 1 nümayəndə
b) 6-10 üzvü olan dərnəklər 2 nümayəndə
c) 11-15 üzvü olan dərnəklər 3 nümayəndə
z) 16-21 üzvü olan dərnəklər 4 nümayəndə
d) 22-29 üzvü olan dərnəklər 5 nümayəndə
e) 30-38 üzvü olan dərnəklər 6 nümayəndə
d) 38-49 üzvü olan dərnəklər 7 nümayəndə
f) 50-dən çox üzvü olan dərnəklər 8 nümayəndə
Açıqlama:
Qurultayın ilk çağırışına qatılanların sayı 3–də 2dən az olarsa, ikinci çağırışda üzvlərin %50+1–inin qatılması ilə qurultay keçirilə bilər.
İş orqanları:
Hər müstəqil iş orqanı ən azı 3 üzvü olunca, qurultaya 1 nümayəndə göndərə bilər.
Münfəridlər: ( Tək üzvlər )
Hər 5 nəfər tək üzv qurultaya bir nümayəndə göndərə bilər.
§9 QURULTAYIN İŞİ
1. Baş komitənin illik raportunun dinlənilməsi və müzakirəsi.
2. Təftişçilərin raportunu incələmək.
3. Baş komitənin istefasını qəbul etmək.
4. Nümayəndələrin önəri və tənqidlərinin müzakirəsi.
5. Əsasnamə haqqında danışıqlar və dəyişikliklərin təsvibi.
6. Federasiyonun illik iş planının müzakirəsi.
7. Baş komitə, seçim qurumu və təftişçilərin seçilməsi.
Açıqlama:
1.Baş komitənin yeddi üzvü var. Qurultayda başqan bir başa səsvermə yolu ilə seçilir. Qalan altı üzv birlikdə seçilir və baş komitənin ilk toplantısında iş və məsuliyyət bölgüsü aparırlar.
2.Önəri və qərarların qurultayda səs çoxluğu ilə qəbul olunur.
C. Üzvlük haqqının məbləğini qurultay qərar verir.
D. Qurultayın seçkiləri gizli olmalıdır.
§10 BAŞ KOMİTƏNİN İŞLƏRİ VƏ İXTİYARLARI
1. Qurultaylar arası dövrdə Federasiyonun yüksək idarə edici orqanı Baş Komitədir.
2. Baş komitənin yetkiləri və onların daşıdıqları məsuliyyətlərin başlıqları:
a) Başqan
1. BK- nin iclasları fasiləsində Federasiyanı təmsil edir. Bu fasilədə fəaliyyətlərin Nizamnamə, Qurultay və BK qərarları əsasında cərəyan etməsinə nəzarət edir.
2. Nizamnamə, Qurultay və BK qərarlarında nəzərə alınmamış hallarda və növbəti BK iclasına qədər və hər hansı gözlənilməz durumda, Başqan őzü şəxsən qərar verməlidir. Belə halda məsələnin təfərrüatına BK- in növbəti iclasında baxılmalıdır.
3. Başqan Qurultayın qərara aldığı İllik fəaliyyət planı və BK- nin qərarlarının həyata keçirilməsinə rəhbərlik edir.
4. Başqan İllik Fəaliyyət Planında nəzərə alınmamış işləri həmin plana əlavələr kimi, müvafiq BK üzvlərinə tapşırmalıdır.
b) Başqan yardımçısı
1. Federasiyanın iç işlər sorumlusudur
2. Başqan hər səbəbdən işlərindən imtina etdiyi halda, onun işlərini öhdəsinə alır.
c) Yazı işləri sorumlusu
1. BK iclaslarının protokollarını ən uzağı iclasdan bir həftə sonraya kimi, bütün federasiya üzvlərinə çatdırır
z) Sandıqçı
1.Üzvlük haqlarının toplaması.
2.Fedrasionun mali işlərini idarə edir.
d) Inteqrasiyon sorumlusu
e) Kültür və təbliqat sorumlusu
f) İrtibatat sorumlusu
3. Baş komitə nizamnamənin təyin etdiyi hədəflər üzərə çalışmalıdır.
4. Baş komitə 3 aydan bir öz gördüyü işlərlə bağlı Federasiyonun üzvlərinə yazılı bilgi verməlidir.
5. Baş komitə iş orqanlarının qurulması yolunda çalışmalıdır.
Açıqlama:
A. Baş komitə 7 sabit iki yedək üzvdən oluşur. Baş komitə seçkilərində aday olanlarnn ən çox səs alması gərəklidir.
B. Yedək üzvlər səs vermə haqqı olmadan Baş komitənin toplantılarında iştirak və çıxış edə bilərlər.
C. Bütün maliyyə sənədlərinə başqan ilə sandıqçı qol çəkmdlidirlər.
D. Baş komitə 5 üzvün səsi ilə bir üzvün məsuliyyətini dəyişdirmə və qurultaya qədər dondurma haqqına sahibdir.
§11 TƏFTİŞÇİLƏR
1. Təftişçilər qurultaylar arası dövrdə Federasiyon və Baş komitənin işlərinə nəzarət edirldr.
2. Təftişçilər Baş komitənin toplantılarında səs vermə haqqı olmadan iştirak və çıxış edə bilərlər.
3. Təftişçilər qurultaya yazılı raport verməlidirlər.
4. Təftişçilər AFİ-nin malyə işlərinə nəzarət edir və bu haqda qurultaya yazılı raport verir.
5. Qurultayda 3 nəfər təftişçi seçilməlidir.
§12 SEÇİM QURUMU
Seçim qurumu Federasiyonun seçkiləri ilə ilgili, adaylar listinin hazırlanması və qurultaya çatdırılrması ilə sorumludur.
Açıqlama:
İllik qurultay seçim qurumunun aday ya adaylarını rəd edib yeni Baş komitə adayları təklif edə bilər.
Seçim qurumunun üzvü Baş komitə seçkilərində aday ola bilməz.
§13 FEDERASİYONUN GƏLİR QAYNAQLARI
1. Üzvlük haqqı.
2. İsveç dövləti orqanlarının yardımı.
3. Federasiyonun yaratdığı gəlir verici işlər.
4. Başqa yardımlar.
§14 ÖZƏL QURULTAY
1. Özəl qurultay Baş Komitənin və özəll hallarda, üzv dərnəklərin 2/3-sinin çağırışı və üzvlərin 50+1-inin qatılmasıyla keçirilir.
2.Özəl qurultayın mövzusu bir ay öncədən üzvlərə çatdırılmalıdır.
3- Özəl qurultay yanlız qurultayı ilgiləndirən mövzu ilə məşqul olmalıdır.
§15 DİSİPLİN QURALLARI
Federasiyonun nizamnaməsinə sığmayan, dərnək və ya şəxslərin fəaliyyəti Baş komitə tərəfindən:
1. Dəyərləndirilməlidir
2. Üzvlüyü dondurulmalıdır.
3. Qurultay ya özəl qurultay qərarı ilə üzvlükdən çıxarılmalıdır.
4. Federasiyonun imkanlarından şəxsi hədəflər üçün istifadə etmək və ya federasiyonun adına şəxsi proqram qabağa sürmək yasaqdır.
§16 FEDERASİYONUN BAĞLANMASI
Dəyişik nədənlərə görə Federasiyonun bağlanması və ya fəaliyyətlərinə son verilməsindən söz edilə bilər.
1.Belə bir qərar yalnız qurultaya qatılanların 5–də 4–ünün istəyi ilə alına bilər.
2. Belə bir durumda Federasiyonun mali olanaqları Azərbaycan Ay Para Cəmiyyətinə bağışlanmalıdır.
Azərbaycan federasiyası İsveç 11.ci qurultayı
2009.09.12