Azərbaycan Federasiyası İsveç AFİ-nin fəaliyyətlərini davam etdirir! 20 yanvar 21-ci ildönümü, milli faciə və milli oyanış günü kimi İsveç Azərbaycan Fedarsiyası AFİ tərəfindən qeyd ulundu. Silahlı rus sovet ordusunun əliyalıq xalqı kütləvi surətdə qırdığı Qanlı 20 Yanvar işğalçı hakim imperiyalara qarşı dinc dirənişin rəmzi kimi Azərbaycan tarixinə daxil olmuş və bütün azərbaycanlıların ortaq milli dəyərinə çevrilmişdir.
Qanlı 20 Yanvarın 21-ci ildönümü münasibətilə Yöteburqda keçirilən xatirə gecəsində də məhz bu ortaq milli dəyərdən danışılmış, 20 Yanvarın istər Quzey, istərsə də Güney Azərbaycan baxımından böyük tarixi rolu olması vurğulanmışdır.
Ötən əsrin 90-cı illərdində SSRİ-nin süqutu tarixi Vətənin bir hissəsində azadlıq və müstəqillik ideyalarının həyaat keçməsi və müstəqil dövlətimiz olan Azərbaycan Respublikasının qurulması ilə nəticələnmişdir. Lakin təəssüf ki, bu gün 30 milyondan çox azərbaycanlı İrandakı şovinist rejimin davamlı və sistemli basqılara altında yaşamaqdadır.
2011-ci ilın yanuar ayının 19-da, İsveç Azərbaycan Fedarsiyası AFİ ənənəvi olaraq, 1990-cı ilin 20 yanvar tarixində Quzey Azərbaycanın paytaxtı Bakı şəhərində, rus qoşunu tərəfindən baş vermiş qətlamıın ildönümü, Stokholmda ABF mədəniyyət mərkəzinin kıno zalında möhətəşəm bir tərzdə qeyd ulundu.
Son illərdə keçirilən tədəbirlər arasında ən çox saylı işıtırakçıları özünə cəlb etmiş bu mərasımdə ilk olaraq Fədrasiyanın başqanı, sayın Səttar Sevigin çıxış edib, bu gün haqqında hərtərfli məlumat verdi. İkinci çıxışçı Azərbaycan cümhuriyyətinin Stokholmdaki səlahiyyətli səfiri Cənab Rafail İbrahimov olmuşdur. Cənab səfir öz çıxışında bugun Azərbaycan tarixində əhəmmiyyətini vurğulayıb, bu tarixi munasıbətlə azərbaycanlıların bir yerə toplandığının da bir nəaliyyət olduğunu diqqətə çəkdi və yüksək qiymətləndirirdi. Mərasımın davamında Fedarsiya üzvlərinə çıxış üçün vaxt verildi. Çıxış edənlərin bir bir
bu tarixi günü ayrı-ayrı açılardan dəyərləndirib, bugun həm milli faciə və həm milli qələbə və Quzeylə Güneyin yaxınlaşması və azad olması yolunu hamarlayan bir hadisə olduğunu dəfə-lərlə qeyd etdilər.
Eyni mərasim yanvar ayının 20-si İsveçin ikinci böyük şəhəri olan Yöteborg (Göteborg) şəhərindəki , Azərbaycan Federasiyası İsveç – AFİ xətti ilə təşkil edilən və bu federasiyaya üzv olan 20 Yanvar Azərbaycan Dərnəyinin aparıcılığı ilə Yöteburqdakı Batı Yöteland Azərbaycan Evində keçirilən bu tədbirdə altmışdan çox adam iştirak etmişdir. Tədbiri giriş sözü ilə Cavanşir Cəfərov açmış, sonra Mahmud Bilgin və Arif Rəhimoğlu 20 Yanvar faciəsinin mahiyyəti, onun ümum Azərbaycan üçün önəmi, ortaq bir milli dəyər olaraq həm Quzey, həm də Güney Azərbaycanda oynadığı rol vb. məsələlər haqqında çıxış etmiş, həmçinin bu gün Güney Azərbaycanda gedən milli hərəkat, bu hərəkat fəallarının durumu haqqında danışmışlar. Tədbirdə Həsən Təmcidi, Vüqar Cəfərov və Sona Rəhimovanın zəhməti ilə hazırlanmış 20 Yanvar sənədli videofilmi göstərilmiş və bütün Azərbaycan şəhidləri üçün ehsan verilmişdir.


