FacebookMySpaceTwitterDiggDeliciousStumbleuponGoogle BookmarksRedditNewsvineTechnoratiLinkedinMixxRSS Feed

"Amnesty International" -dan 2 Aprel Urmiyadakı aksiya ilə bağlı bildiriş

urmugolun qorutaq_tebriz_5Aprel ayının 2-də (fərvərdin ayının 13-ü) azərbaycanlıların Urmu Gölü ilə bağlı keçirdiyi dinc Etiraz Yığıncağı, bir çox soydaşımızın tutuqlanması ilə yadda qalıb. Bəynəlxalq Əfv Təşkilatının yaydığı Bəyanata əsasən, Etiraz Yığıncağı Təbriz, Urmu və azərbaycanlıların yaşadığı başqa şəhərlərdə həyata keçirilib. Etirazçılar bu yığıncaqlarda səddlərin tikildiyi səbəbindən qurumaqda olan Urmu Gölünün nicatını tələb ediblər.

Bəyanata görə, Yığıncaqlar keçirilən zaman Təbrizdə təxminən 70 və Urmuda isə 20 nəfər tutuqlanıb. Tutuqlananların çoxu azadlığa buraxılıb, ancaq onlardan ən azı 5 nəfər hələdə həbsdədir və onların barəsində heç bir məlumat yoxdur.Bəyanatın məlumatına əsasən, Təbrizin Acı-çay yaxınlığında keçirilən Yığıncaqda İranın polis və mülki geyimli məmurları etirazçılara qarşı kobudca rəftar edib və bir çox insanı yaralayıblar. Yaxalananlardan Həbib Purvəli, Cəlil Ələmdar Milani, Əli Səlimi və Səid Siyami hələdə həbsdə saxlanılırlar.

Urmunun Ellər Bağı parkında keçirilən Etiraz Yığıncağında da təxminən 20 nəfər o cümlədən Səid Xizirlu yaxalanıb. Hazırda həbsdə saxlanılan azərbaycanlıların saxlanıldığı yer barədə heç bir məlumat yoxdur.Beynəlxalq Əfv Təşkilatı İran məsullarından bütün həbsdə saxlanılan etirazçıların dərhal azadlığa buraxılmasını  tələb edir.

Sayqilarla, AFI

 

Şərh yazın

SmileCoolCrying or Very SadEmbarrassedA Smoker/Foot in mouthSadUser is an angel (at heart, at least)A Kiss/Lips Are SealedLaughingBiting one's tongue/Put Your Money Where Your Mouth IsBeen Smacked In The Mouth/Wears A Brace/My lips are sealeSurprisedSticking Out TongueConfusedWinkYelling
Ad:
Mövzu:
Şərhlər:
flag-azerbaijan flag-turkiye  flag-sweden flag-britain



   Sefirlik-logo

    forum-logo

   Isvec-Postasi

Free business joomla templates