Son günlərdə qardaş Türkiyyədə Kürd terror təşkilatı PKK-nın xaincəsinə pusquya salmış və şəhid etmiş Türk əsgərlərinin xəbəri bizi dərindən üzüb və kədərləndirdi.
Uzun illərdən bəri davam edən bu xain pusqular və terrorlar Türk millətinin sarsılmaz iradəsi və yenilməz ordusuna təsir buraxa bilməmişdir və bilməyəcəkdir, bu alçaq hərəkətlər bölgəyə göz tikən və onun sərvətlərini talamağa niyyətli super güclərin işarəti ilə həyata keçdiyinin sübutudur.
Biz Azərbaycan Federasionu İsveç-AFİ olaraq bütün Türk millətinə və şəhidlərin ailələrinə baş sağlığı verərək bəyan edirik ki bundan öncədə olduğu kimi bu gündə qardaş Türkiyyənin anti terror hərəkatını mənəvi olaraq dəstəkləyib və bu gərəksiz savaşın sona ərməsini diləyirik.
Yaşadığımız bölgədə barış və sülh havasının əsməsini və dostluq ortamının hakim olmasını diləyirik.
Sonda bir daha PKK terror təşkilatının yapdığı bütün eyləmləri qınayır və məhkum edirik.
Azərbaycan Federasionu İsveç-AFİ
Stockholm-İsveç 22.07.2011


